Şrift:
Bu ölkə elektriklə işləyən hava taksisi fabriki inşa edəcək
21.07.2023 [12:32] - Gündəm
Braziliyanın təyyarə istehsalçısı "Embraer" Sao Paulo şəhəri yaxınlığında elektriklə işləyən hava taksiləri istehsal edən fabrik tikəcəyini açıqlayıb.

Hava taksilərinin 2026-cı ildən səmada olacağı gözlənilir.

Altı nəfər üçün nəzərdə tutulan hava taksiləri helikopterə bənzəyir. Təyyarə kimi uzaq məsafələrə gedə biləcək taksilərdə sərnişinlərin səfər üçün adambaşına 50-100 dollar ödəniş edəcəyi gözlənilir.

Şirkət artıq 3 minə yaxın hava taksisi sifarişi aldığını bildirib.

Fabrikin San Paulodan 140 km məsafədə, Braziliyanın iqtisadi paytaxtı Taubet şəhərində inşa edilməsi planlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 359 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed