Şrift:
Azərbaycan atıcıları dünya çempionatında iki medal qazanıbla
24.07.2023 [11:21] - Gündəm, İdman
Koreyanın Çanqon şəhərində Beynəlxalq Atıcılıq İdman Federasiyasının Gənclər arasında Dünya Çempionatında bu gün gənc atıcılarımız uğur qazanıblar.

Azərbaycan Atıcılıq Federasiyasından bildirilib ki, iyulun 24-də qızlar arasında 50 metr məsafəyə tapançadan atəş üzrə yarışda Xanna Əliyeva 520 xalla birinci, 510 xalla Leyli Əliyeva üçüncü yeri tutaraq, eyni növdə həm qızıl, həm bürünc medalı ölkəmizə qazandırıblar.

Xatırladaq ki, iyulun 14-dən başlayan çempionat 25-dək davam edəcək.
Bu xəbər oxucular tərəfindən 866 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed