Şrift:
Qızlardan ibarət U-16 millimiz bütün oyunlarında qələbə qazanaraq Avropa çempionu oldu
24.07.2023 [11:22] - Gündəm, İdman
Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunun final oyunu baş tutub.
U-16 qız millimiz və ev sahibi Andorra seçməsi arasında keçirilmiş final oyununa sürətli başlayan yığmamız yekunda rəqibinə 57-45 hesabı ilə qalib gələrək, heç bir oyunda məğlub olmadan Avropa çempionu olub. Qeyd edək ki, bu çempionluq Azərbaycan qadın basketbolu adına tarixi bir ilk və çox böyük uğurdur.
Bu xəbər oxucular tərəfindən 900 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed