Şrift:
“Qarabağ”ın potensial rəqibləri müəyyənləşəcək
24.07.2023 [11:33] - Gündəm, İdman
Bu gün “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində potensial rəqibləri müəyyənləşəcək.
İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

“Qarabağ”ın Polşa çempionu “Rakuv”la təşkil etdiyi cütlük püşk zamanı səpələnmişlər səbətində olacaq.

Həmçinin bu cütlüyün Avropa Liqasındakı mümkün rəqibləri də bilinəcək. “Qarabağ” “Rakuv”u keçə bilməsə, mübarizəni qitənin ikinci dərəcəli turnirində davam etdirəcək. Həmin püşkatma isə bir saat sonra keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 909 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed