Şrift:
ÜMT: İyul ayı tarixin ən isti ayı olub
01.08.2023 [10:41] - Gündəm
Bu ilin iyul ayı hava və iqlim baxımından tarixin ən isti ayı kimi yadda qalacaq.
Bu barədə BMT-nin ixtisaslaşmış qurumu olan Ümumdünya Meteorologiya Təşkilatı (WMO) məlumat yayıb.

İyulun ilk üç həftəsi tarixdə ən isti üç həftəlik dövr olub.

“Yüksək temperatur Şimali Amerika, Asiya və Avropanın böyük hissələrində istilik dalğaları ilə əlaqələndirilib. Ayın ilk 23 günü ərzində Yer səthinə yaxın havanın orta temperaturu 16,95 dərəcə selsi təşkil edib ki, bu da bütün 2019-cu ilin iyul ayı üçün qeydə alınan 16,63 dərəcə selsidən xeyli yüksəkdir”, - deyə məlumatda qeyd olunur.
Bu xəbər oxucular tərəfindən 391 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed