Şrift:
İstifadəsiz qalmış avtobuslar dövriyyəyə qaytarılacaq - AYNA-nın İdarə Heyətinin sədri
01.08.2023 [10:48] - Gündəm
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi daşıyıcıların istifadə etmədiyi avtobusların dövriyyəyə qaytarılması istiqamətində iş aparılır.

Bunu bu gün Parklanmanın idarəedilməsi üçün mobil tətbiqin təqdimatı zamanı çıxışında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.

Onun sözlərinə görə, araşdırmalar göstərir ki, daşıyıcıların çox sayda avtobusları tıxaca görə istifadə edilmir.

O vurğulayıb ki, AYNA tərəfindən şəhərin mobilliyinə dair araşdırmalar aparılır.

“Bu araşdırmaların müəyyən nəticəsi var. Mobillliyə nail olmaq üçün hazırda iş aparılır",- deyə o bildirib.
Bu xəbər oxucular tərəfindən 406 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed