Şrift:
Azərbaycan üzgüçüsü dünya çempionatında növbəti medalını qazanıb
02.08.2023 [09:49] - Gündəm, İdman
Azərbaycan para-üzgüçüsü Roman Saley İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında növbəti medalını qazanıb.

Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, üçqat paralimpiya çempionu 100 metr məsafəyə “butterfly” üsulu ilə üzmə növündə 58.73 saniyə nəticə göstərərək üçüncü yeri tutub.

Qeyd edək ki, Raman Saley ötən gün 100 metr məsafəyə arxasıüstə üzmə növündə 1:00.83 nəticə ilə gümüş medal qazanıb. Bununla da Saley Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya əldə edib.
Bu xəbər oxucular tərəfindən 1701 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed