Şrift:
Azərbaycan təmsilçiləri bu gün Konfrans Liqasında cavab oyunlarına çıxacaqlar
03.08.2023 [11:36] - Gündəm, İdman
Ölkəmizi UEFA Konfrans Liqasında təmsil edən komandalar bu gün II təsnifat mərhələsində cavab oyunlarına çıxacaqlar.

Əvvəlcə meydana "Sabah" klubu çıxacaq. Murad Musayevin komandası "Bank Respublika Arena"da Latviyanın RFŞ komandasını qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq. İlk matçda paytaxt təmsilçisi rəqibini səfərdə 2:0 hesabı ilə məğlub edib.

Digər iki təmsilçimiz "Neftçi" və "Qəbələ"nin oyunları isə eyni vaxtda - saat 21:00-da start götürəcək. "Neftçi" Bosniya və Herseqovinada 2:2 hesablı heç-heçə etdiyi "Jelezniçar"la bu dəfə 8-ci km stadionunda üz-üzə gələcək.

"Qəbələ" isə Kiprdə "Omoniya"nın qonağı olacaq. Xatırladaq ki, Qəbələdəki matçda təmsilçimiz rəqibinə uduzub - 2:3.

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi, cavab matçları

3 avqust

20:00. "Sabah" (Azərbaycan) - RFŞ (Latviya)

Baş hakim: Fedayi San (İsveçrə)

İlk oyun - 2:0

21:00. "Neftçi" (Azərbaycan) - "Jelezniçar" (Bosniya və Herseqovina)

Baş hakim: Balas Berke (Macarıstan)

İlk oyun - 2:2

21:00. "Omoniya" (Kipr) - "Qəbələ" (Azərbaycan)

Baş hakim: Adam Ladebek (İsveç)

İlk oyun - 3:2
Bu xəbər oxucular tərəfindən 1722 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed