Şrift:
Azərbaycan cüdo millisinin Berlindəki təlim-məşq toplanışı başa çatıb
03.08.2023 [11:37] - Gündəm, İdman
Azərbaycanın gənclərdən ibarət cüdo millisi Almaniyanın paytaxtı Berlində keçirilən təlim-məşq toplanışını başa vurub.

Bu barədə Cüdo Federasiyasından məlumat verilib. Bildirilib ki, avqustun 31-də Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə başlayan hazırlıq prosesində yığmanın 12 oğlan və 4 qız üzvü iştirak edib.

Cüdoçulara oğlanlardan ibarət millinin baş məşqçisi Elxan Məmmədov, məşqçisi Elxan Rəcəbli və qızlardan ibarət komandanın məşqçisi Vüqar Hüseynov rəhbərlik ediblər.

Təlim-məşq toplanışı sentyabr və oktyabrda baş tutacaq gənclər arasında Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.
Bu xəbər oxucular tərəfindən 1786 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed