Şrift:
TPAO neft kəşfiyyatı lisenziyası almaq üçün müraciət etdi
03.08.2023 [11:42] - Gündəm
Türkiyənin "Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) iki ədəd neft kəşfiyyatı lisenziyası almaq üçün müraciət daxil edib.

TurkicWorld bunu "Resmi Gazete"yə istinadən məlumat verir.

"TPAO, O52-b1 və N52-d2 28.07.2023-cü il tarixli ərizə ilə d3 nömrəli hər bir vərəqə dair neft kəşfiyyatı lisenziyası almaq üçün müraciət edib. Eyni zamanda, Tekirdağ vilayətində sahib olduğu ARI/TPO/3842 ardıcıl nömrəli neft əməliyyatı lisenziyasının müddəti bitdikdən sonra 15.09.2023 tarixindən etibarən 10 il müddətinə uzadılması üçün müraciət ünvanlayıb", - deyə "Resmi Gazete"də dərc olunub.
Qeyd edək ki, TPAO-ya 6 aprel 2023-cü il tarixində Çanaqqala vilayəti ərazisində 42 min 593 hektar sahədə beş il müddətinə neft kəşfiyyatı lisenziyası verilib.
Bu xəbər oxucular tərəfindən 594 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed