Şrift:
Özəl məktəblərdə də vahid forma tətbiq ediləcək?
03.08.2023 [11:43] - Gündəm
Məktəbli formaları ilə bağlı qərar yalnız dövlət ümumi təhsil müəssisələrinə şamil edilir.

Bu barədə Elm və Təhsil nazirliyindən bildirilib.

"Özəl ümumi təhsil müəssisələri bu məsələni öz nizamnamələrinə uyğun şəkildə tənzimləyirlər", - deyə nazirlikdən qeyd edilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək.

Həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 525 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed