Şrift:
Hindistan Ukrayna ilə bağlı keçiriləcək sülh danışıqlarında iştirak edəcək
04.08.2023 [10:09] - Gündəm
Hindistan Ukraynadakı müharibənin başa çatdırılması məqsədilə bu həftə sonu Səudiyyə Ərəbistanında keçiriləcək sülh danışıqlarında iştirak edəcək.

Hindistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Arindam Baqçi ölkəsinin sammitdə iştirak edəcəyini təsdiqləyib, lakin hansı rəsminin iştirak edəcəyi barəsində məlumat verməyib.

Qeyd edək ki, sammitdə ABŞ, Braziliya, Cənubi Afrika və digər ölkələrin iştirakı gözlənilir.
Bu xəbər oxucular tərəfindən 497 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed