Şrift:
Parklanma pulunun onlayn qaydada yığılması büdcəyə necə təsir göstərəcək?
09.08.2023 [11:12] - İqtisadiyyat
Bu həftədən etibarən nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı yalnız nağdsız qaydada həyata keçirilir.

Əvvəl parklanma ilə bağlı konkret qiymətlər dəqiqləşdiyindən və ciddi nəzarət mexanizmi olmadığından "parkovşiklər" hər gün sürücülərin cibinə girərək, yüzlərlə manat mənimsəyirdilər.

Lakin bundan sonra vəziyyət necə olacağını zaman göstərəcək.

Bəs nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımının yalnız nağdsız qaydada həyata keçirilməsi büdcəyə necə təsir göstərə bilər?

İqtisadçı ekspert Eyyub Kərimli qeyd edib ki, ötən ildən bəri ölkəmizdə inflyasiya prosesləri davam edir.

"Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişlərin nağdsız qaydada həyata keçirilməsi büdcə üçün əlavə gəlirdir. Bu, həm qeyri-qanuni dövriyyəni aradan qaldırır, həm də vergi ödəmələrini artırır. Əsas məsələlərdən biri də odur ki, artıq parklanma dövlət təşkilatları tərəfindən həyata keçirilir. Bu da onu deməyə əsas verir ki, orada çalışanlar rəsmi qaydada işə götürülüb. Bu layihə getdikcə genişlənəcək".
Bu xəbər oxucular tərəfindən 1465 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed