Şrift:
Kolleclərə qəbul üzrə keçid balları açıqlandı
09.08.2023 [11:13] - Bildiriş
Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrini “Abituriyent” jurnalının xüsusi buraxılışında nəşr edib.

DİM-dən verilən məlumata görə, jurnalının bu nömrəsində ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin siyahısı, qəbul olduqları ixtisasların kodları, ixtisaslar üzrə formalaşmış keçid balları və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz.

Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/
Bu xəbər oxucular tərəfindən 2919 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed