Şrift:
Ermənistandakı Rusiya hərbçiləri təlim keçirib
09.08.2023 [11:26] - Gündəm
Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin Ermənistandakı hərbi bazasının radiasiya, kimyəvi və bioloji hücumdan müdafiə bölməsinin hərbi qulluqçuları təlim-məşq toplantısı keçirib.

Bu barədə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Təlim-məşq toplantısı çərçivəsində yüksək dağlıq ərazilərdəki poliqonda kəşfiyyat və ərazidəki vəziyyətin monitorinqi tapşırıqlarını yerinə yetiriblər.

Poliqonda şərti çirklənmiş ərazilər lokallaşdırılıb, hərbçilər tərəfindən dezinfeksiya işləri aparılıb, şərti zərərçəkənlərə tibbi yardım göstərilib.
Bu xəbər oxucular tərəfindən 440 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed