Şrift:
“Qarabağ" bu mövsüm UEFA Avropa Liqasında ilk oyununu keçirəcək
10.08.2023 [11:05] - Gündəm, İdman
“Qarabağ” bu mövsüm UEFA Avropa Liqasında ilk oyununu keçirəcək.

“Köhlən atlar” III təsnifat mərhələsinin birinci matçında Bakıda Finlandiyanın HİK komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüş saat 20:00-da başlayacaq. Matçın baş hakimi israilli Roy Reinsreyber olacaq.

Komandalar arasında cavab oyunu avqustun 20-də keçiriləcək.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Olimpiya" (Sloveniya) - "Qalatasaray" (Türkiyə) cütünün məğlubu ilə qarşılaşacaq. Uduzan komanda isə Konfrans Liqasında qrupa düşmək uğrunda "Farul" (Rumıniya) - "Flora" (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Bu xəbər oxucular tərəfindən 1609 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed