Şrift:
Dünya və Avropanın ən təhlükəli və ən təhlükəsiz şəhərləri
10.08.2023 [11:08] - Gündəm
“Numbeo” Tədqiqat İnstitutunun reytinqinə əsasən, Siciliyadakı Kataniya şəhəri Avropanın ən təhlükəli şəhəri hesab olunub.

Qitənin ən təhlükəli şəhərləri arasında ilk üçlükdə Marsel (Fransa), Birminqem və Koventri (Böyük Britaniya) yer alıblar. Top 10-a, həmçinin Şarlerua (Belçika), Neapol (İtaliya), Monpelye (Fransa), Lyej (Belçika), Qrenobl və Nant (hər ikisi Fransa) daxil edilib.

Reytinq bir neçə meyar üzrə tərtib olunub. Real olaraq ölçülə bilən cinayətkarlıq səviyyəsi ilə yanaşı, subyektiv qavrayış, məsələn, evlərin yarılması, oğurluq və ya hücum qorxusu da nəzərə alınır.

Bern, Münxen və Sürix Qərbi Avropada ən təhlükəsiz şəhərlər hesab olunub.

Dünyada ən təhlükəli şəhər isə Venesuelanın paytaxtı Karakasdır. Sonrakı yerlərdə Pretoriya (CAR), Port-Morsbi (Papua-Yeni Qvineya) və Durban (CAR) qərarlaşıb.

“Numbeo”nun məlumatına əsasən, Birləşmiş Ərəb Əmirliklərində Əbu-Dabi və Əcman şəhərləri dünyada ən təhlükəsiz şəhərlərdir.
Bu xəbər oxucular tərəfindən 441 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed