Şrift:
Konfrans Liqası: "Sabah" "Partizan"ı, "Neftçi" "Beşiktaş"ı qəbul edəcək
10.08.2023 [11:14] - Gündəm, İdman
Bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.

Azərbaycanın iki klubu - "Neftçi" və "Sabah" öz meydanlarında rəqiblərini qəbul edəcəklər.

"Sabah" Serbiyanın "Partizan" klubu ilə qarşılaşacaq. "Bank Respublika Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Matçın baş hakimi gürcüstanlı FIFA referisi Giorgi Kruaşvili olacaq.

"Neftçi" isə "Neftçi Arena"da Türkiyənin "Beşiktaş" klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Qarşılaşmanı isveçrəli baş hakim Lukas Fandrix idarə edəcək.
Bu xəbər oxucular tərəfindən 1624 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed