Şrift:
Azərbaycana elektromobil idxalı 8 dəfə artıb
16.08.2023 [12:38] - Gündəm
Bu ilin ilk 7 ayında Azərbaycana 61 milyon 362 min dollar dəyərində 1 492 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) idxal edilib.

Bu il idxal edilən elektromobillərin sayı 8 dəfə artıb.

Ötən ilin ilk 7 ayında Azərbaycana 5 milyon 519 min dollar dəyərində 186 ədəd elektromobil idxal edilib.

Car ilin yanvar-iyul aylarında Azərbaycana 186 milyon 544 min dollar dəyərində 8 426 ədəd daxiliyanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (hibrid) idxal olunub.
Bu xəbər oxucular tərəfindən 272 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed