Şrift:
Boks üzrə Azərbaycan millisi Beynəlxalq Universitet İdman Festivalında iştirak edəcək
16.08.2023 [12:42] - Gündəm, İdman
Rusiyanın Yekaterinburq şəhərində Beynəlxalq Universitet İdman Festivalı keçiriləcək.

Bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Yekaterinburq şəhərinin 300 illik yubileyinin qeyd olunmasına həsr edilən yarışda boks üzrə Azərbaycan milli komandası da mübarizə aparacaq.

Elbrus Rzayevin rəhbərlik edəcəyi kişilərdən ibarət yığmada Tural Sarıyev (51 kq), Nicat Hüseynov (54 kq), Amin Məmmədzadə (57 kq), Əzrək Bəbirov (60 kq), İlqar Salahov (67 kq), Şəmsi Şahbazov (71 kq) və Fərhad Şeydayev (75 kq) qüvvələrini sınayacaqlar. Komanda avqustun 16-da səfərə yollanıb.

Qadınlardan ibarət yığma isə festivalda 3 idmançı ilə təmsil olunacaq. Rafiq İsmayılovun rəhbərliyi ilə Mehparə Məmmədova (48 kq), Marjona Savriyeva (50 kq) və Zeynəb Rəhimova (54 kq) rinqə çıxacaqlar. Qadın boksçularımız Yekaterinburqa avqustun 17-də gedəcəklər.

Qeyd edək ki, Beynəlxalq Universitet İdman Festivalında boks yarışları avqustun 19-da başlayacaq və 7 gün davam edəcək.
Bu xəbər oxucular tərəfindən 1432 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed