Şrift:
Fərəc Quliyev:Əslində, hamısı xəyanətkardır
18.08.2023 [12:37] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Başlıca məqsədləri türkdilli ölkələr arasında nifaq toxumu səpməkdir”

Türkiyədə radikal sol görüşlü bir qrup siyasətçi, yazıçı və hüquq müdafiəçisi Azərbaycan əleyhinə bəyanat verib.

Bəyanatda “Qarabağda ermənilərə 8 aydır blokada tətbiq edildiyi, guya “bölgənin ağır humanitar böhran ərəfəsində olduğu” göstərilib. Burada hətta ermənilərə hansısa “soyqırım” siyasətindən bəhs olunur. Bəyanatın sonunda BMT-dən Azərbaycana qarşı sanksiya tətbiq etmək, hətta hava yolu ilə humanitar dəhliz açmaq tələb olunub.

Qeyd edək ki, imza atanların arasında erməni soyadları diqqəti cəlb edir. Amma onların içində özünə “ziyalı” deyən başqa şəxslər də var.


Belə bir müraciətin ərsəyə gəlməsini növbəti erməni təxribatı saymaq olarmı?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə müraciətə imza atanlara ziyalı demək olmaz: “Əslində, hamısı xəyanətkardır. Bu gün türk etnosundan ibarət olan xalqların ortaya çıxartdığı dövlətlərdə əsas ana xətt Türk Dövlətləri Birliyinin qüdrətinə nail olmaqdır. Onlar həm də çalışırlar ki, ortaq düşmənləri sıradan çıxarsınlar. Hər kəs artıq digər türk dövlətindəki problemi özününkü kimi qəbul edir və onun üzərinə gedir. Ziyalılıq odur ki, məsələlərə bu aspektən baxasan. Yadınızdadırsa, Türkiyədə bir kampaniya getdi. Bu, "hamımız erməniyik" kampaniyası idi. O zaman da bu böyük səhv idi. Çünki 80 - ci illərin əvvəllərində Türkiyəyə qarşı yaradılan proseslərin də səbəbkarı ermənilər idi. Bu gün də araşdırsalar, "ziyalı” dedikləri adamların əksəriyyətinin türk olmadığı, başqa millətdən olduğu ortaya çıxacaq. Burda qrup maraqları özlərinin partiya maraqlarını, üstlərində gəzdirdikləri və özlərinə məxsus olmayan, başqa dövlətlərin maraqlarını ortaya qoymaq üçün Türkiyə maraqlarını satırlar. İkinci bir tərəfdən çox məkrli bir siyasət yürüdürlər. Türkiyə-Azəbaycan münasibətlərində çat yaratmağa cəhd edirlər. Burada bir açıq tərəf də var. Təəssüf ki, onlar Türkiyənin içərisində belə açıq şəkildə fəaliyyət göstərə bilirlər. Onlar Türkiyənin daxilində bir Ermənistan qurmaq istəyirlər. Bütün bunlar vahid mərkəzdən idarə edilir. Belə bir bəyanatın məhz ermənilərin BMT-dəki fiaskosundan sonra ərsəyə gəlməsi də təsadüf deyil. Tam 100 il əvvəl, necə ki, Türkiyənin belinə xəncər sançmağa çalışırdılar, indi də bunu davam etdirirlər. Başlıca məqsədləri türkdilli ölkələr arasında nifaq toxumu səpməkdir. Ölkə mediası bu məsələyə düzgün yön verməlidir ki, çaşqınlıq olmasın”.

Bu gün Türkiyədə belə konfransların keçirilməsi bir daha onu göstərir ki, Türkiyənin dövlətçiliyinə düşmənçilik bəsləyən qüvvələr var”.

Türkiyənin şərqini erməni torpaqları kimi qəbul edib Ermənistan konstitusiyasına salan, qardaş dövlət olan Azərbaycan torpaqlarını işğal edən bir dövlətin siyasətinə dıstək vermək əsl xəyanətdir. Bu gün Türkiyədə belə bəyanatın imzalanmasına baxmayaraq, ölkə siyasətinin və türk millətinin Ermənistana qarşı mövqeyi əsla dəyişən deyil.

Məhəmmədəli QƏRİBLİ/Baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 1246 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed