Şrift:
Moskvaya PUA hücumu olub
18.08.2023 [12:48] - Gündəm
Moskvaya pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.

Moskva meri Sergey Sobyanin teleqram kanalında hava hücumundan müdafiə qüvvələrinin Rusiya paytaxtına PUA hücumunu dəf etdiyini bildirib. O, aparatlardan birinin qalıqlarının “Eksposentr” Mərkəzi Sərgi Kompleksinin pavilyonlarından birinin üstünə düşdüyünü yazıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

“Eksposentr”in pavilyonunun bir hissəsi dağılıb. Hadisədən sonra Moskvanın hava məkanı bir neçə saatlıq bağlanıb.

Qeyd edək ki, bu, Rusiya paytaxtının işgüzar rayonu sayılan “Moskva siti”yə son bir ayda üçüncü PUA hücumudur.

Fəridə Abdullayeva
Bu xəbər oxucular tərəfindən 481 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed