Şrift:
Premyer Liqa: “Qarabağ” “Neftçi”nin rekordunu təkrarlayıb
02.10.2023 [12:15] - Gündəm, İdman
Azərbaycan Premyer Liqasının VIII turu “Qarabağ” üçün əlamətdar olub.

Ağdam klubu VIII turda “Sumqayıt”a 5:0 hesabı ilə qalib gələrək, Azərbaycan çempionatlarında 138-ci böyükhesablı qələbəsinə imza atıb.

Bölgə təmsilçisi həm də öz meydanında qazanılan belə qələbələrin sayında rekordçu olan “Neftçi”yə çatıb. Bakılılar da eyni sayda matçda böyük hesaba seviniblər. Hər iki komanda evdə 89 dəfə üç və ya daha çox top fərqilə qalib gəlib.

Qeyd edək ki, “köhlən atlar” ölkə çempionatlarında ilk böyükhesablı qələbəsini 1992-ci il mayın 6-da Kürdəmir “Şirvan”ı ilə qarşılaşmada əldə edib – 6:0.
Bu xəbər oxucular tərəfindən 711 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed