Şrift:
Regionlarda ipoteka qaydalarını dəyişdirək – Təklif
02.10.2023 [12:20] - Gündəm, İqtisadiyyat
“İpoteka haqqında” qanuna fərqli yanaşmalıyıq. Bakıda da, regionlarda da eyni qaydadadır.
Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov bu gün keçirilən iclasda deyib.

O qeyd edib ki, əgər gənclərin regionda qalıb işləməsini, ailə qurub yaşamasını istəyiriksə, ipoteka qaydaları dəyişdirilməlidir.

“Regionlarda əməkhaqqı Bakı ilə eyni deyil. Ona görə də ipotekada dəyişiklik etməliyik ki, gənclər regionlarda ev alıb, ailə qurub orada yaşasınlar”, - deyə o, əlavə edib.
Bu xəbər oxucular tərəfindən 565 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed