Şrift:
FIFA: 2030-cu ildə dünya çempionatı üç qitədə, altı ölkədə keçiriləcək
05.10.2023 [09:46] - Gündəm, İdman
Futbol üzrə dünya çempionatının oyunlarına 2030-cu ildə altı ölkə ev sahibliyi edəcək.

Bu barədə Beynəlxalq Futbol Federasiyası (FIFA) məlumat yayıb.

Məlumata görə, həmin ölkələr İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Paraqvay və Uruqvaydır.

Turnirin finalının Madriddə keçirilməsi nəzərdə tutulur. Həmin il futbol üzrə dünya çempionatının 100 illiyi də qeyd olunacaq.

Qeyd edək ki, ilk dəfə olaraq dünya çempionatının oyunları müxtəlif qitələrdə keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 774 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed