Şrift:
Milli Dirçəliş Hərəkatı (MDH) partiyasının Avropa Parlamentinə müraciəti
07.10.2023 [14:01] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Səlahiyyət müddəti başa çatmaqda olan Avropa Parlamentinin Azərbaycan əleyhinə qərəz ifadə edən məsuliyyətsiz qətnaməsi təbii ki,tərəfimizdən ciddi qəbul olunmur .Həmişə olduğu kimi seleksiya siyasəti ortadadır.30 il ərzində yurdundan qovulmuş bir milyondan çox əhalimizə heç bir diqqət etməyənlər bu gün könüllü olaraq Azərbaycandan Ermənistana gedən lərə görə Ermənistana 100 milyonlarla vəsait ayırır.Baxmayaraq ki,Azərbaycandan gedənlərin on min nəfərdən çoxu işğalçı Ermənistan ordusunun məğlub ,təslim və təksilah olunmuş əsgərləri,”Asala” və digər terror təşkilatlarının üzvləri, başqa bir hissəsi Suriyadan,Livan və Ermənistanın özündən Azərbaycanın Qarabağ bölgəsinə yeləşdirilmiş ermənilərdir.
Bu günkü ayrıseçkilik siyasəti yeni olmadığından təəccüblü də deyil.
Ərazimizdə olan Alban kilsələrinə diqqətli yanaşmamızı canfəşanlıqla istəyən AP və ayrı- ayrı AP üzvləri yüzlərlə məscid və digər dini abidələrin yerlə yeksan olunmasına susdu.Bu islamafobiya,dinlərarası ziddiyyətin AP tərəfindən təşviqi mahiyyətindədir. Bu məqamda Almaniyanın keçmiş kansleri Angela Merkelin dediyi “Avropa ittifaqı bir xristian klubudur və biz Türkiyəni orada görmək istəmirik” ifadəsi yada düşür.
Ukraynada Donetsk,Luqask,Zaparojyedə separatşılar və onların liderlərini cinəyatkar kimi tanıyan AP üzvləri Azərbaycanşn Qarabağ bölgəsində separatçılıq və digər cinayətlərinə görə həbs olunmuşlara azadliq istəyi hansı məqsədlədir.Bu açıq açığına separatizm və terrorizmin AP tərəfindən təşviqi mahiyyətindədir.
Qranadada keçirilən dörd tərəfli son görüşdə də Ermənistan Azərbaycanın 86.6 min kv.km sərhəddi daxilində ərazi bütövlüyünü tanıdığını bir daha bəyan etdi.Ermənistanın bu etirafı konteksindən Aİ-nin qətnaməsinə nəzər saldıqda belə bu sənədin hansı mahiyyətdə olduğu üzə çıxır.Ermənistanın 30 il işğalda saxladəğı 17 min kv.km ərazi məhz bu 86.6 min kv.km –nin tərkib hissəsi idi. Ermənistanın Azərbaycanın 86.6 min kv.km sərhəddi daxilində ərazi bütövlüyünü tanıması və bu ərazilərin Azərbaycana məxsus omasını bildirməsi,həm də 17 min kv.km ərazilərimizin Ermənistan tərəfindən işğalının etirafıdır. Bununla da Praqada və Qranadada Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi, təcavüzkar, işğalçı tərəf olduğu Ermənistanın Baş naziri səviyyəsində bəyan edilib.
Azərbaycan məhz bu əraziləri 2020-ci ildə və bir hissəsini isə bu ilin sentyabrında işğaldan azad etmişdir.Bildiyiniz kimi bu ərazilərin azad olunması tələbi BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsilə bağlı 1993-cü ildə müxtəlif tarixlərdə verdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə əksini tapıbdır.AP 30 il müddətində bu qətnamələri həyata keçirməyən Ermənistana heç bir ciddi tədbir görmədi,sanksiya tətbiqinə çağırış etmədi.Amma Azərbaycan öz ərazilərini azad etdiyi, BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrini həyata keçirdiyi üçün AP Azərbaycana sanksiya tətbiqi və başqa basqılara çağırış edir.
Xatırladaq ki, Azərbaycanın 86.6 min kv.km sərhədi daxilində olan Qazax bölgəsinin 7 kəndi və Naxçıvan bölgəsinin Kərki kəndi hələ də Ermənistanın işğalı altındadır.
İndiki durumun çağırışlarına görə :
-AP Ermənistandan Azərbaycanın Qazax bölgəsinin 7 kəndi və Naxçıvan bölgəsinin Kərki kəndinin dərhal və şərtsiz azad olunmasını tələb etməli idi;
-Azərbaycanın 17 min kv.km ərazisini 30 il işğalda saxladığı və istismar etdiyi,buradan qovulmuş insanların mülklərinin talanması,məhv edilməsi ,bütün maddi,mədəni və digər sərvətlərin talanmasına görə Ermənistanın Azərbaycana təzminat ödəməsini tələb və sanksiya, başqa təziq vasitələri ilə təmin etməli idi və s.
AP son qətnaməsi Azərbaycan siyasətində heç nəyi dəyişmək iqtidarında olmasa da, Azərbaycan insanının bu qurumun mahiyyətini bir daha görərək bu quruma münasibətini dəyişdi. Biz -Milli Dirçəliş Hərəkatı (MDH) partiyası bir daha AP tərəfindən sonuncu qətnamə və oxşar münasibətlərə etirazımızı bildirir və bu qərəzli münasibətə son verilməsini tələb edirik.
Milli Dirçəliş Hərəkatı (MDH) partiyasının mətbuat xidməti.
Bu xəbər oxucular tərəfindən 717 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed