Şrift:
Azərbaycanda bu il 32 mlrd. manatlıq neft və qaz hasil edilib
12.10.2023 [10:53] - İqtisadiyyat
Bu ilin yanvar-sentyabr aylarında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 34 363,3 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4% azalıb.

Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər veririk.

Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 32 382,7 mln. manat xam neft və təbii qazın hasilatının payına düşüb, bu da illik müqayisədə 2,3% azdır.

Məlumata əsasən, hesabat dövründə sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 22 513,8 min. ton, əmtəəlik təbii qaz hasilatı isə 26 868,8 mln. kubmetr təşkil edib.

“Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8% azalıb, əmtəəlik qaz hasilatı isə 4,6% artıb”, - hesabatda qeyd olunur.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda cəmi 22 603,5 min ton neft (7,7% azalma) və 35 900,7 mln. kubmetr qaz (4,4% artım) hasil edilib.
Bu xəbər oxucular tərəfindən 480 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed