Şrift:
AVRO-2024: Daha iki yığma final mərhələsinə vəsiqəni təmin edə bilər
16.10.2023 [11:11] - Gündəm, İdman
Bu gün futbol üzrə AVRO-2024-ün seçmə mərhələsində VIII turun növbəti matçları keçiriləcək.
İkinci oyun günündə yeddi qarşılaşma baş tutacaq.

B qrupunda Yunanıstan millisi Niderlandla, İrlandiya yığması Cəbəllütariqlə qarşılaşacaq. Yunanlar doğma meydanda rəqibini məğlub edərsə, final mərhələsinə vəsiqə qazanacaqlar.

F qrupunda da Avropa çempionatına növbəti vəsiqənin sahibi bəlli ola bilər. Avstriya yığması Bakıda Azərbaycan millisinə qalib gəlsə, qitə birinciliyində iştirakını təmin edəcək. Bu qrupun digər görüşündə İsveç səfərdə Belçikanın qonağı olacaq.

J qrupunda isə üç oyun keçiriləcək. Bosniya və Herseqovina Portuqaliyanı, İslandiya Lixtenşteyni, Lüksemburq isə Slovakiyanı qəbul edəcək.

AVRO-2024, seçmə mərhələ

VIII tur

16 oktyabr

B qrupu

22:45. Yunanıstan – Niderland

22:45. Cəbəllütariq – İrlandiya

Xal durumu: Fransa – 18 xal (6 oyun), Yunanıstan – 12 (6), Niderland – 9 (5), İrlandiya – 3 (6), Cəbəllütariq – 0 (5)

F qrupu

20:00. Azərbaycan – Avstriya

22:45. Belçika – İsveç

Xal durumu: Belçika – 16 (6), Avstriya – 13 (6), İsveç – 6 (5), Azərbaycan – 4 (5), Estoniya – 1 (6)

J qrupu

22:45. Bosniya və Herseqovina – Portuqaliya

22:45. İslandiya – Lixtenşteyn

22:45. Lüksemburq – Slovakiya

Xal durumu: Portuqaliya – 21 (7), Slovakiya – 13 (7), Lüksemburq – 11 (7), Bosniya və Herseqovina – 9 (7), İslandiya – 7 (7), Lixtenşteyn – 0 (7)

Qeyd edək ki, daha əvvəl İspaniya, Şotlandiya, Fransa, Türkiyə, Belçika və Portuqaliya yığmaları Avropa çempionatına vəsiqə əldə ediblər.
Bu xəbər oxucular tərəfindən 742 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed