Şrift:
ABŞ İsrailə hərbi yardım üçün təyyarələr göndərib
18.10.2023 [10:11] - Siyasət
ABŞ hərbi yardımla İsrailə beş C-17 təyyarəsi göndərib.

Bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq brifinq zamanı bildirib.

“Bu günə qədər beş C-17 döyüş təyyarəsi İsrailə müxtəlif hərbi təhlükəsizlik yardımlarını uğurla çatdırıb. Reyslər oktyabrın 12-dən 16-dək həyata keçirilib”,-deyə o, qeyd edib.

Pentaqonun mətbuat katibinin müavini belə çatdırılmaların davam etdiriləcəyini söyləyib.

Həmçinin oktyabrın 17-də Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ İsrailə ölkənin hərbi əməliyyatları necə aparması barədə məsləhət vermək niyyətində deyil . Onun sözlərinə görə, İsrail dövlətinin Fələstin qüvvələrini məsuliyyətə cəlb etmək hüququ var.
Bu xəbər oxucular tərəfindən 309 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed