Şrift:
Azərbaycandan Avropaya indiyədək 29 mlrd. kubmetrə yaxın qaz çatdırılıb
20.10.2023 [10:11] - Gündəm, İqtisadiyyat
Trans-Anadolu (TANAP) və Trans-Adriatik kəmərləri (TAP) vasitəsilə istifadəyə veriləndən indiyə kimi Türkiyəyə 24,3 mlrd. kubmetr, Avropaya isə 28,7 mlrd. kubmetr Azərbaycan qazı nəql olunub.

Bu barədə energetika naziri Pərviz Şahbazovun Energetiklər Günü münasibətilə verdiyi məqaləsində bildirilib.

Məqalədə qeyd olunub ki, bu il ölkədə qaz hasilatı 48,7 mlrd. kubmetr, ixracı isə 24 mlrd. kubmetr səviyyəsində proqnozlaşdırılıb.

Nazirin sözlərinə görə, 2021-ci ildə Avropaya 8,2 mlrd. kubmetr qaz nəql edilmişdisə, enerji təchizatında turbulentliklərin yaşandığı ötən il qaz tədarükü 40% artımla mümkün ən yüksək səviyyəyə - 11,4 mlrd. kubmetrə çatdırılıb.

Nazır vurğulayıb ki, hazırda Avropanını 10-dan çox ölkəsinin Azərbaycan qazına olan ümumi tələbatı illik 30 mlrd. kubmetrdən çoxdur.
Bu xəbər oxucular tərəfindən 434 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed