Şrift:
Bayden İsrail və Ukraynadakı müharibə ilə bağlı xalqa müraciət edib
20.10.2023 [10:14] - Siyasət
Birləşmiş Ştatlar Ukrayna və İsraili dəstəkləmək üçün vəsait ayırmalıdır ki, bu da amerikalıların gələcək nəsilləri üçün dividendlər gətirəcək.

Bunu ABŞ prezidenti Co Bayden xalqa videomüraciətində bildirib.

"Biz İsrail və Ukrayna da daxil olmaqla tərəfdaşlarımızı dəstəkləmək üçün vəsait təmin etməliyik. Bu, amerikalıların gələcək nəsilləri üçün investisiyadır", - Bayden deyib.

Onun sözlərinə görə, Konqresə göndəriləcək yardım paketi İsrailin təhlükəsizliyi üçün əhəmiyyətinə görə misilsizdir.

“Mən Konqresdən Ukraynaya silah göndərməyə davam etməyi xahiş edəcəm ki, Ukrayna Putinin vəhşiliyini dayandıra bilsin”, o əlavə edib.
Bu xəbər oxucular tərəfindən 290 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed