Şrift:
Fələstinlə bağlı forumda 30 ölkə iştirak edəcək
20.10.2023 [10:18] - Gündəm, Siyasət
Oktyabrın 21-də Misirdə keçirilməsi planlaşdırılan Fələstinlə bağlı regional sammitdə 30-dan çox ölkə, eləcə də üç təşkilatın nümayəndələri iştirak edəcək.

Bu barədə “Əl-Qahira əl-İhbariyyə” telekanalı məlumat yayıb. Bildirilib ki, 31 dövlət və üç beynəlxalq təşkilatın nümayəndələri Misir prezidenti Əbdülfəttah əs-Sisinin təşəbbüsü ilə keçirilən forumda iştirakını təsdiqləyib.

BMT-ni Baş katib Antonio Quterreş təmsil edəcək.
Bu xəbər oxucular tərəfindən 326 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed