Şrift:
Dünyanın ən kompakt ölçülü 1 TB-lıq SSD-si təqdim edildi
23.10.2023 [10:10] - Gündəm
Buffalo şirkəti dünyanın ən kompakt ölçülü 1 TB-lıq SSD-ni təqdim edib.

5 qram çəkiyə sahib olan bu SSD xarici görünüşcə "mouse"lar üçün nəzərdə tutulmuş naqilsiz qəbulediciləri xatırladır.

Sözügedən kompakt ölçülü SSD SSD-PST1.0U3-BA adını əldə edib və onun ölçüləri 14.6 x 28 x 8 mm təşkil edir. Bununla belə, SSD-nin gövdəsinin böyük hissəsini USB 3.1 dəstəkli USB Type-A başlığı əhatə edir.

Şirkətin sözlərinə əsasən, kompakt ölçülü SSD dözümlülük baxımından MIL-STD-810H hərbi sertifikatına sahibdir. Ölçü baxımından üstünlüklərə baxmayaraq, SSD çalışma sürəti mövzusunda diqqəti cəlb etmir. Belə ki, onda məlumatların oxunması sürəti saniyədə 600 MB, məlumatların yazılması sürəti isə saniyədə 500 MB təşkil edir. SSD-nin qiyməti təqribi olaraq 125 dollardır (212 manat).
Bu xəbər oxucular tərəfindən 199 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed