Şrift:
Gürcüstan “3+3” formatında Tehranda keçiriləcək görüşdə iştirak etməyəcək
23.10.2023 [10:17] - Gündəm, Siyasət
Gürcüstan sabah Tehranda keçirilməsi planlaşdırılan “3+3” (Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan, Ermənistan) formatında keçiriləcək iclasda təmsil olunmayacaq.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Gürcüstan bu görüşdə heç vaxt iştirak etməyib və iştirak etmir”, - deyə bildirilib.

“3+3” formatında keçirilən iclasın əsas məqsədlərindən region problemlərinin regiondan kənar ölkələrin iştirakı olmadan və bölgə ölkələrinin iştirakı ilə həll olunması, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının həyata keçirilməsini xüsusi qeyd etmək olar.

Qeyd edək ki, “3+3” formatında ilk iclas Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsindən 2021-ci il 10 dekabr tarixində Moskvada keçirilib.
Bu xəbər oxucular tərəfindən 291 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed