Şrift:
İsrail ötən gün HAMAS-ın Qəzzadakı 320 obyektinə zərbə endirib
23.10.2023 [10:19] - Siyasət
İsrail ordusu ötən gün ərzində Qəzza zolağında 320 hərbi hədəfi vurub.

Bu barədə İsrail Müdafiə Qüvvələri (The Israel Defence Forces - IDF) məlumat yayıb.
Məlumata əsasən, İsrail ordusu ötən gün ərzində Qəzzada HAMAS və “İslami Cihad” təşkilatlarına aid 320 hərbi hədəfi vurub.

İsrail ordusu Qəzzada yerüstü hərbi əməliyyatlara hazırlıq çərçivəsində, regionda potensial təhlükə yarada biləcək obyektləri vurub. Bu mövqelər arasında HAMAS və “İslami Cihad” hərbçilərinin gizləndiyi tunellərə, hərbi obyektlərə, müşahidə mövqelərinə, minaatan və tank əleyhinə idarə olunan raket mövqelərinə zərbələr endirib.Məlumata əsasən, İsrail ordusu ötən gün ərzində Qəzzada HAMAS və “İslami Cihad” təşkilatlarına aid 320 hərbi hədəfi vurub.
Bu xəbər oxucular tərəfindən 360 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed