Şrift:
İsrail Ordusu HƏMAS-ın 400-dən çox obyektini vurdu, komandirlərini öldürdü
24.10.2023 [11:14] - Siyasət
İsrail Müdafiə Ordusu son günlər ərzində HƏMAS-ın 400-dən çox obyektini vurub, bir neçə komandirini öldürüb.

Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat dərc edib.

"HƏMAS-ın terror hücumlarının imkanlarının aradan qaldırılması üzrə genişmiqyaslı əməliyyat zamanı İsrail Müdafiə Ordusu onlarla döyüşçüyə və hərəkatın məscidlərdəki dayaq nöqtələrinə zərbələr endirib. Zərbələr nəticəsində "Nuseyrat", "Şati" və "Furqan" batalyonlarının komandir müavinləri öldürülüb", - məlumatda deyilir.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
Bu xəbər oxucular tərəfindən 250 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed