Şrift:
"Google" İsrail və Qəzza zolağında canlı yol hərəkəti məlumatlarını deaktiv etdi
24.10.2023 [11:15] - Gündəm
Google Map" və "Waze" öz tətbiqlərində İsrail və Qəzza zolağında canlı yol hərəkəti məlumatlarını deaktiv edib.

Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Bildirilib ki, "Google" bu məlumatları İsrail Ordusunun sorğusu əsasında söndürüb.

"Bundan əvvəl də münaqişə vəziyyətlərində və bölgədə dəyişən vəziyyətə cavab olaraq, təhlükəsizlik məqsədilə canlı yol hərəkəti məlumatlarını müvəqqəti olaraq deaktiv etmişik", - məlumatda deyilir.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar. İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
Bu xəbər oxucular tərəfindən 163 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed