Şrift:
Rusiya BMT Təhlükəsizlik Şurasına Yaxın Şərqlə bağlı yeni qətnamə layihəsi təqdim edib
25.10.2023 [10:16] - Gündəm, Siyasət
Rusiya BMT Təhlükəsizlik Şurasına yeni qətnamə layihəsi təqdim edib.
Sənəddə Yaxın Şərqdə tərəflər atəşkəsə çağırılır, HƏMAS-ın hücumları və girovların saxlanılması pislənilir. “Bütün tərəflər tərəfindən riayət ediləcək dərhal və davamlı humanitar atəşkəsə çağırırıq”, - sənəddə deyilir.
Rusiya Federasiyasının qətnaməsinin yeni layihəsində yanacaq da daxil olmaqla, Qəzzaya zəruri malların maneəsiz çatdırılması yer alıb. Sənəddə bildirilir: "Mülki şəxslərə elektrik enerjisi, su, yanacaq, ərzaq və dərman da daxil olmaqla, zəruri malların davamlı və maneəsiz verilməsinə çağırırıq". Qətnamə layihəsində vurğulanır ki, beynəlxalq humanitar hüquqa əsasən, mülki şəxslərin əsas ehtiyaclardan məhrum edilməmələrinə zəmanət vermək lazımdır.
Bu xəbər oxucular tərəfindən 339 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed