Şrift:
Fransa Qazaxıstanda AES tikə bilər
01.11.2023 [09:58] - Gündəm
Qazaxıstan Fransanın EDF şirkəti ilə atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı danışıqlar aparmağa hazırdır.

Bu barədə jurnalistlərə Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev məlumat verib.

"EDF əvvəllər atom elektrik stansiyasının tikintisi üçün potensial təchizatçılar hesab edilən şirkətlərin qısa siyahısına daxil edilib. Əgər Fransa tərəfi iştirakla bağlı danışıqlara başlasa, biz bu danışıqları aparmağa və onların bütün suallarını cavablandırmağa hazırıq", - nazir bildirib.

O, bunu Fransa prezidenti Emmanuel Makronun Qazaxıstana rəsmi səfəri çərçivəsində danışıqların gündəliyi məsələsini cavablandırarkən deyib.
Bu xəbər oxucular tərəfindən 405 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed