Şrift:
Blinken İsrailə səfər etməyi planlaşdırır
01.11.2023 [10:00] - Siyasət
ABŞ dövlət katibi Antoni Blinken noyabrın 3-də İsrailə səfər etməyi planlaşdırır.

Bu barədə “Reuters“ ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Blinken “hökumət üzvləri ilə görüşmək üçün cümə günü İsrailə gəlmək” niyyətindədir. Bundan sonra ABŞ dövlət katibi regionun digər ölkələrinə səfər etməyi planlaşdırır.

Yaxın Şərqdə vəziyyətin kəskin pisləşməsi fonunda Blinken bundan əvvəl İsrail, Səudiyyə Ərəbistanı, İordaniya, Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misirə səfər edib.
Bu xəbər oxucular tərəfindən 633 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed