Şrift:
Monteneqro Avropa İttifaqına gedən yolda son məsafəni qət etməlidir - Avropa Komissiyası
01.11.2023 [10:10] - Gündəm
Monteneqro Avropa İttifaqına 2030-cu ilə qədər üzv ola bilər.

Bu barədə Avropa Komissiyasının (AK) rəhbəri Ursula Fon der Lyayen Podqoritsaya səfəri zamanı bildirib.

“Bəli, gözləməyə ehtiyac yoxdur. Monteneqro, dediyim kimi, liderdir və son məsafəni qət etməlidir. Siyasi səhnədə inamla müşahidə etdiyimiz siyasi iradə lazımdır. Şərtlərə əməl etsəniz, tarixə bağlı olmayacağıq, üzv olma prosesinin təqvimi yoxdur. Aİ-nin bir hissəsi olmağınız üçün bütün meyarların yerinə yetirilməsi baxımından islahatların aparılması və irəliləyiş vacibdir. Monteneqronu son məsafəni ən qısa müddətdə qət etməyə çağırıram və qapılar açıq olacaq", - deyə Fon der Lyayen, jurnalistlərin Monteneqronun 2030-cu ilə qədər Aİ-yə üzv olma ehtimalı ilə bağlı suallarını cavablandırarkən qeyd edib.
Bu xəbər oxucular tərəfindən 398 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed