Şrift:
Aİ Rusiyaya əlavə sanksiya tətbiq etmək niyyətindədir
01.11.2023 [10:13] - Siyasət
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 12-ci sanksiya paketi çərçivəsində ümumi həcmi 5,3 milyard dollar olan ticarət məhdudiyyətləri tətbiq etməyi planlaşdırır.

Təklif olunan yeni məhdudiyyətlər qaynaq avadanlıqlarının, kimyəvi məhsulların və hərbi məqsədlər üçün istifadə edilə bilən digər texnologiyaların ixracına təsir edəcək.

Bundan başqa, proqram təminatı lisenziyalarının verilməsi və bəzi işlənmiş metalların, alüminium və tikinti məhsullarının, nəqliyyat vasitələrinin və almazın idxalını qadağan etmək planları müzakirə olunur.

Qeyd edək ki, yeni siyahıya 100 fiziki və 40 hüquqi şəxsin daxil ediləcəyi gözlənilir.
Bu xəbər oxucular tərəfindən 650 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed