Şrift:
“Dağlıq Qarabağ”ın ləğvi qaçılmaz idi” - Paşinyan
11.12.2023 [10:16] - Xəbərlər, Gündəm, Siyasət
Ermənistanın baş naziri Nikol Paşinyan yerli radikal auditoriyanı qəzəbləndirəcək açıqlamaları ilə diqqət mərkəzinə düşüb.
Nikol Paşinyan "“Dağlıq Qarabağ”ın ləğvi qaçılmaz idi", - deyib.

Paşinyan qeyd edib ki, rəsmi İrəvan bütün resurslarını Dağlıq Qarabağ respublikasının yaradılmasına sərf edib, bu isə mümkün deyil.

“Deyirlər ki, o vaxt “Dağlıq Qarabağ”ın indiki hakimiyyəti (2023-cü ilin payızında -red) Dağlıq Qarabağı ləğv edib. Amma əslində proses 2016-cı ilin avqustunda danışıqlar prosesində substantiv dəyişikliklər nəticəsində qaçılmaz oldu”, - baş nazir vurğulayıb.

Paşinyan vurğulayıb: “Biz hakimiyyətə gələndə təbliğat obyekti statusumuz dəyişdi, çünki informasiya daşıyıcısına çevrildik və emosional qavrayışla reallıq arasında böyük uçurumun olduğunu gördük. Yəni emosional fikirlərimizi həyata keçirmək üçün bütün resurslardan istifadə etdik. Biz isə hakimiyyətə gələrək bəyan etməli olduq ki, bu emosional qavrayışın həyata keçirilməsi mümkün deyil”.
Bu xəbər oxucular tərəfindən 463 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed