Şrift:
Papa Fransisk Yaxın Şərqdə sülhə nail olunmasının vacibliyini bildirib
18.12.2023 [10:22] - Siyasət
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Yaxın Şərqdə sülhün əldə olunmasının vacibliyini qeyd edib.

Pontifik insanları sülh üçün dua etməyə çağırıb.

“Ukraynada, Fələstində, İsraildə və digər münaqişə zonalarında müharibələrdən əziyyət çəkən qardaş və bacılarımızı unutmayaq. Milad bayramının yaxınlaşması sülhə gedən yolların axtarılması üçün səyləri gücləndirməyə səbəb olsun. Qəzzadan çox ciddi və ağrılı xəbərlər almağa davam edirəm. Silahsız mülki əhali bombalanır və güllələnir”, - deyə Roma Papası vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 546 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed