Şrift:
Fərəc Quliyev niyə seçkiyə qatılmadığından danışdı
19.12.2023 [10:55] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
“Biz növbədənkənar prezident seçkiləri ilə bağlı artıq mətbuatda məlumat vermişik”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev deyib.

O bildirib: “MDHP olaraq bütün seçkilərdə iştirak etmişik. Hesab edirik ki, partiyalar seçkilərdə iştirak etməlidir. Çünki partiyanın hakimiyyətə gəlmək yolu seçkidən keçir. Amma bu il prezident seçkiləri növbədənkənar olduğu üçün resurslarımızı səfərbər etmək imkanlarımız məhduddur. Zaman da çox az idi.

Beləliklə də partiyamızın qərarverici orqanı yığıldı və qərar verdik ki, seçkilərdə namizədlə iştirak etməyəcəyik. Amma bu, seçkini boykot etmək anlamına gəlmir. Dairələrə və məntəqələrə müşahidəçilər verəcəyik və seçkini izləyəcəyik”

Partiya sədrinin sözlərinə görə, hər bir partiya üzvü sərbəst şəkildə səs verməyə gedəcək:

“Mövqeyim budur ki, İlham Əliyev namizədliyini verməsəydi, mübarizə aparmaq olardı. Amma İlham Əliyev birmənalı şəkildə liderdir və Qarabağ müharibəsindən sonra əldə etdiyi nailiyyətlərin altında onun imzası var. Ona görə də İlham Əliyevin seçkilərdə iştirak etmək haqqıdır. Fikrimcə, xalqım böyük əksəriyyəti onu seçəcək, çünki Prezidentə alternativ yoxdur”.

Rafi MÜSLÜMOV/yenisabah.az
Bu xəbər oxucular tərəfindən 713 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed