Şrift:
ABŞ-nin İraqdakı hərbi bazası raketlə vurulub
21.12.2023 [10:40] - Siyasət
ABŞ-nin İraqın Ənbar əyalətindəki Ayn əl-Əsəd hərbi bazasına raket zərbəsi endirilib.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

“İraqdakı Əl-Əsəd aviabazasına 122 mm-lik raket atılıb, tələfat və dağıntı yoxdur”, - CENTCOM bildirib.

O, həmçinin bildirib ki, birləşmiş birgə işçi qüvvəsi (Operation Inherent Resolve) raket buraxılış sahəsinin yerini müəyyənləşdirib və araşdırma aparmaq üçün hadisə yerinə cavab verən İraq Təhlükəsizlik Qüvvələrinə (ISF) təhvil verib. Nəticədə, İraq təhlükəsizlik qüvvələri hadisə yerində olan 5 ədəd 122 mm-lik raket atmaq üçün modifikasiya edilmiş yük maşını ələ keçirib, ABŞ ordusu əlavə edib.
Bu xəbər oxucular tərəfindən 543 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed