Şrift:
Si Cinpin Baydenə Tayvanla bağlı planlarını açıqlayıb
21.12.2023 [10:41] - Siyasət
Çin Sədri Si Cinpin San-Fransiskoda keçirilən sammitdə ABŞ Prezidenti Co Baydenə Çinlə Tayvanı birləşdirmək niyyətində olduğunu bildirib.

Bu barədə NBC televiziyası məlumat yayıb.

Çin Sədri bunun güc yolu ilə deyil sülhlə həyata keçiriləcəyini açıqlayıb.

O, həmçinin Baydenə ABŞ-nin Tayvanın 2024-cü ilin yanvarına planlaşdırılan prezident seçkilərinə təsir etdiyini diqqətə çatdırıb.

Tayvan Çini 13 yanvarda keçiriləcək prezident və parlament seçkilərinə müdaxilə edərək adanın dinc yolla ələ keçirilməsinə hazırlaşmaqda günahlandırmışdı.
Bu xəbər oxucular tərəfindən 542 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed