Şrift:
Blinken: İsveç tezliklə NATO-ya qoşulacaq
21.12.2023 [10:43] - Siyasət
İsveç tezliklə NATO-ya qoşulacaq və bu, alyansın “potensialını gücləndirməyə” xidmət edəcək.

Bunu ABŞ-nin dövlət katibi Entoni Blinken Dövlət Departamentində ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2023-cü ildə Şimali Atlantika Alyansı “daha ​​böyük və daha güclü” olub.

“Bu il NATO-ya 31-ci üzvü Finlandiya qoşulub və İsveç də yaxın gələcəkdə bura qoşulacaq ki, bu da müdafiə alyansının potensialını gücləndirəcək və imkanlarını qüvvətləndirəcək”, – ABŞ dövlət katibi bildirib.
Bu xəbər oxucular tərəfindən 502 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed