Şrift:
Azərbaycana qış gəldi
22.12.2023 [09:52] - Xəbərlər, Gündəm
Azərbaycana qış fəsli qədəm qoydu.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, qış fəsli Şimal yarımkürəsinə dekabrın 22-si saat 07:27-də daxil olub. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir (Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur). Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə olur.
Bu xəbər oxucular tərəfindən 675 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed