Şrift:
Anqola OPEC-dən çıxdığını elan edib
22.12.2023 [10:04] - Gündəm
Anqola Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) çıxdığını elan edib.

ANGOP agentliyi bu barədə Anqolanın mineral ehtiyatlar, neft və qaz naziri Diamantina de Azeveduya istinadla məlumat yayıb.

Bildirilib ki, qərar ölkə prezidenti Juana Lourensunun sədrliyi ilə keçirilən Nazirlər Şurasının iclasında qəbul edilib.

Qeyd edək ki, Anqola uzun müddətdir ki, OPEC sazişinin diktə etdiyi hasilat öhdəliklərini yerinə yetirmirdi. Təşkilatın müəyyən etdiyi 1,455 milyon barel hasilat səviyyəsinə baxmayaraq, Anqola sutkada yalnız 1,1-1,2 milyon barel və ya daha az neft çıxarırdı.

OPEC iyun ayında Anqolanın 2024-cü il üçün hədəf səviyyəsini 175 min barel azaldaraq sutkada 1,28 milyon barelə endirmək qərarına gəlir. Anqola kvotanın azaldılmasına qarşı etiraz etsə də, noyabrın sonunda hasilatı daha 170 min barel azaldılaraq 1,11 milyon barelə endirir.
Bu xəbər oxucular tərəfindən 237 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed